Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 milyard 749 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3% azdır.
İlin əvvəlinə nisbətən problemli kreditlər 7,5% artıb, ötən il oktyabrın 1-nə nisbətən isə 5,8% azalıb.
Sentyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,2% təşkil edib. Bu nisbət iyulun sonuna 14,4%, ötən ilin sonuna 13,8%, ötən il sentyabrın sonuna isə 14,9% təşkil edib.
Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 772,4 milyon manat təşkil etmişdi. Bu, avqustun 1-i ilə müqayisədə 0,5% az idi.