Bu ilin avqustun 1-nə olan məlumata görə, problemli ipoteka kreditlərinin həcmi 33,3 milyon manata enib.
FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manat və ya 12,8% azalma deməkdir. Belə ki, ötən il avqustun 1-də problemli ipoteka kreditlərinin həcmi 38,2 milyon manat səviyyəsində idi.
Azalma tendensiyası bütün müqayisə dövrlərində müşahidə olunub. Ötən ilin sonuna (34 mln. manat) nəzərən portfel 0,7 milyon manat (2,1%), son bir ayda (iyula nəzərən) isə 1,9 milyon manat (5,4%) azalıb.
Müqayisə üçün bildirək ki, problemli ipoteka kreditləri portfeli ötən ilin eyni dövründə 38,2 milyon manat, ötən ilin sonunda 34 milyon manat, bu ilin iyulun 1-də isə 35,2 milyon manat səviyyəsində idi.
Problemli ipoteka kreditlərinin ümumi ipoteka portfelindəki payı cəmi 0,7% təşkil edir. Bu göstərici ötən ilin eyni dövrü (1,0%) ilə müqayisədə 0,3 faiz bəndi yaxşılaşıb. Ötən ilin sonu (0,8%) və son bir ayla (0,8%) müqayisədə isə portfelin keyfiyyəti daha 0,1 faiz bəndi yaxşılaşaraq möhkəmlənib.