Bu ilin dekabrın 1-nə olan məlumata görə, problemli ipoteka kreditlərinin həcmi 31,2 milyon manata düşüb.
FED.az-ın Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon manat və ya 11,4% azalma deməkdir.
Belə ki, ötən il dekabrın 1-də problemli ipoteka kreditlərinin həcmi 35,2 milyon manat səviyyəsində idi.
Portfelin dinamikasına nəzər saldıqda, ötən ilin sonuna (34 mln. manat) nəzərən 2,8 milyon manatlıq (8,2%) azalma, son bir ayda (noyabra nəzərən) isə 0,9 milyon manatlıq (2,8%) azalma qeydə alınıb.
Müqayisə üçün bildirək ki, problemli ipoteka kreditləri portfeli bu ilin noyabrın 1-nə 32,1 milyon manat, ötən ilin sonunda 34 milyon manat, ötən ilin eyni dövründə isə 35,2 milyon manat səviyyəsində idi.
Problemli ipoteka kreditlərinin ümumi ipoteka portfelindəki payı cəmi 0,7% təşkil edir. Bu göstərici son bir ay ilə müqayisədə dəyişməyib. Lakin ötən ilin eyni dövrü (0,8%) ilə müqayisədə 0,1 faiz bəndi və ötən ilin sonu (0,8%) ilə müqayisədə də 0,1 faiz bəndi yaxşılaşıb.












