Azərbaycan banklarının biznesi zəif maliyyələşdirməsi ilə bağlı iradından və bu sahədə səylərin artırılması tapşırıqlardan sonra Ədliyyə Nazirliyində banklarla görüş keçirilib.
Eləcə də bax:Azərbaycanda icra xidmətinin yol verdiyi – QANUNSUZLUQLAR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə nazir Fikrət Məmmədov bildirib. «Dövlət başçısının iqtisadi müşavirədə bankların iqtisadi artımın maliyyələşməsində fəal iştirakı ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrə dair bank sektoru ilə Ədliyyə Nazirliyində “dəyirmi masa” keçirilərək bankların hüquqlarının məhkəmə müdafiəsi və icra sahəsində problemlər müzakirə olunub»-deyə nazir bildirib.
Eləcə də bax:Mağazalar dövriyyəni 7 dəfə azaldırmış - VERGİLƏR NAZİRİ AÇIQLADI
Qeyd edək ki, biznes kreditləri ilə bağlı bankların ən böyük problemi kreditlərin qaytarılmadığı hallarda yaranan məhkəmə araşdırmasının və məhkəmə qərarının icra prosesinin həddən artıq uzanması və vaxt itkiləridir. Bundan başqa, girov əmlakın satışı və əldə edilən vəsaitlərin bölünməsi ilə bağlı da bankların ciddi iradları var.
Eləcə də bax:Banklar məhkəmə qərarlarının icrasından narazıdır - YENİ TƏKLİFLƏR - MÜSAHİBƏ
Bank ictimaiyyəti bu məsələləri dəfələrlə Ədliyyə Nazirliyi və İcra Baş İdarəsi ilə müzakirə etsələr də bu sahədə vəziyyət qaneedici səviyyədə deyil.
Eləcə də bax:Banklar «hücuma» keçir – «İcra haqqında» QANUNA TƏKLİFLƏR AÇIQLANDI
Nazir bildirib ki, bu məsələlərlə bağlı birgə işçi qrupları yaradılaraq mövcud və qarşıya çıxan məsələlərin operativ həlli ilə bağlı tədbirlər görülür. «2019-cu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilmiş, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilmişdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir»-deyə F.Məmmədov bildirib.