«Premium bank» birinci rübün nəticələri ilə bağlı hesabatını açıqlayıb. FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 10 milyon 948 min manat, faiz xərcləri 4 milyon 653 min manat təşkil edib.
Birinci rübdə «Premium bank» qeyri-faiz əməliyyatlarından 6 milyon 426 min manat əldə edib, qeyri-faiz xərcləri isə 8 milyon 400 min manat olub.
Hesabata görə, bank ilk rübü 5 milyon 125 min manat əməliyyat mənfəəti ilə başa vurub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 2 milyon 771 min manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 3 milyon 15 min manat təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə azdır. Xatırladaq ki, «Premium Bank» 2018-ci ilin birinci rübünü 11 milyon 679 min manat mənfəətlə başa vurmuşdu.
2019-cu ilin birinci rübündə «Premium Bank»ın aktivləri və kapitalı artıb. Bankın aktivləri 1,2% artaraq 654 milyon 123 min manata, kapitalı isə 1,9% artaraq 137 milyon 309 min manata çatıb.