2022-ci ilin ilk yarım illiyində «Premium Bank»ın kredit portfeli və biznes kreditləri azalıb.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2-ci rübün sonuna bankın ümumi kredit portfeli 20 milyon manat azalaraq 508 milyon manatdan 488 milyon manata enib.
Bu dövrdə «Premium Bank»dakı biznes kreditləri 477 milyon manatdan 453,5 milyon manata qədər azalıb.
İstehlak kreditləri 2 milyon manat artaraq 1 milyon 739 min manatdan 3 milyon 757 milyon manata yüksəlib.
Daşınmazh əmlak kreditlərində isə 1,6 milyon manat artım olub – 29,3 milyon manatdan 30,9 milyon manata.
Bank ilin əvvəlində 508 milyon manatlaq kredit üçün mümkün zərərlərə qarşı
3,5 milyon manatlıq (kredit portfelinin 0,7%-i həcmində) ehtiyat yaratmışdısa, 2-ci rübün sonunda 488 milyon manatlıq kredit portfeli üçün 10 milyon manat ehtiyat yaradıb (kredit portfelinin 2%-i həcmində).