“Premium Bank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, “Premium Bank” 2021-ci ili 1 milyon 935 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 3 milyon 964 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Premium Bank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 51,2% (2 dəfə) və ya 2 milyon 29 min manat azalıb.(Marja)