Dövlət Gömrük Komitəsi (DGK) “Premium Bank” ASC-ni kredit təşkilatlarının reyestrindən kənarlaşdırıb.
Eləcə də bax: Ləğv olunmuş 4 bankın əmanətçilərinə 513 milyon manatadək - Kompensasiya Ödənilib
Məlumata görə, hazırda ölkədə 9 bank gömrük xidməti göstərir. Bunlar “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank” və “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
“Premium Bank”dan bildirilib ki, maliyyə qurumunun reyestrdən kənarlaşdırılması daimi deyil. Gömrük xidməti göstərmək üçün lazımi sənədlər DGK-ya təqdim olunub və yaxın günlərdə “Premium Bank”ın adı yenidən Komitənin siyahısında olacaq.
“Report”