Mərkəzi Bank nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə yeni layihə həyata keçirəcək.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankının Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin rəhbəri Ramil Mahmudov məlumat verib.
Onun sözlərinə görə, "Kartla ödə, karta qazan!" layihəsi çərçivəsində kartlarla ödəniş edən vətəndaşlar arasında lotoreya keçiriləcək. Layihədə bütün növ bank kartları iştirak edəcək. Təsadüfi seçim əsasında seçiləcək qaliblərə pul mükafatı təqdim ediləcək.
R.Mahmudov qeyd edib ki, lotoreyada elektron ödənişlər və elekron ticarət əməliyyatlarında istifadə edilən kartlar iştirak etməyəcək. Məqsəd POS-terminalların iş keyfiyyətini artırmaq, bununla nağdsız ödənişləri təşviq etməkdir. Lotoreyada ölkənin bütün bölgələrindən olan vətəndaşlar iştirak edəcəklər.
Lotoreyanın 2 ay müddətində davam etməsi nəzərdə tutulub. Proses 2018-ci ilin sonunadək yekunlaşacaq və qaliblər elan ediləcək.
POS-terminalla ödəniş elə, pul qazan - YENİ LAYİHƏ
21:22
13 Sen 2018