Pulunuzu əmanət kimi banka yatırmadan debet kartınızda saxlayıb həm də pul qazana bilərsiniz.
Debet kartları hesabına müəyyən məbləğ mədaxil edərək bu məbləğlərdən onlayn rejimdə ödənişlər etməyə imkan verir. Həm də bu yolla pulunuzu daha güvənli saxlayaraq ehtiyac olduqda nağdlaşdıra bilirsiniz. Hazırki dövrdə demək olar ki, hər kəs debet kartından istifadə edir.
Bəs həm debet kartından istifadə etmək, həm də bu kartlar vasitəsilə əlavə pul qazanmaq mümkündürmü? Depozit funksiyası olan kartlarla, bəli.
Sadalayacağımız bankların adıçəkilən debet kartlarında saxladığınız məbləğə görə illik faiz hesablanır və hesabınıza əlavə olunur.
Həmin bank kartlarını, hesablanan faiz dərəcələrini və faizlərin hesablanması üçün tələb olunan kartın debet qalığına minimum tələbi diqqətinizə çatdırırıq:
Bank |
Kartın adı |
Debet qalığına minimum |
Depozit faizi (AZN valyutalı kartlar üçün) |
Debet qalığına minimum tələb (USD) |
Depozitfaizi (USD Valyutalı kartlar üçün) |
AccessBank | myCard | 500 AZN | 5% | 500 USD | 1% |
Amrahbank* | Yubiley kartları | yoxdur | 5% | yoxdur | 2% |
Bank of Baku | Bolkart debet | 100 AZN | 5% | - | - |
Expressbank | Expresso | 100 AZN | 3% | - | - |
Nikoil Bank |
Visa Gold, Visa Platinum, MasterCard Gold |
yoxdur | 8% | yoxdur | 2% |
Rabitəbank* | Kartmane | 100 AZN | 2-5% | 100 USD | 0,5-1% |
Unibank | Albalı Plus Debet | yoxdur | 3% | yoxdur | 0,3% |
VTB Bank Azərbaycan | VISA Classic, VISA Gold, VISA Platinum |
yoxdur | 4,5% | yoxdur | 0,7% |
- "Amrahbank"ın avro valyutasında açılmış "Yubiley" kartlarında qalıq məbləğinə illik 1% hesablanır.
- "Rabitəbank"a məxsus "Kartmane" debet kartlarında depozit faizi rüblük olaraq hesablanır və hər rüb artır.
- "VTB Bank Azərbaycan"ın avro valyutasında açılmış adıçəkilən debet kartlarının qalıq məbləğinə illik 0,5% gəlir hesablanır.
Finans.az