Bildiyiniz kimi, dünəndən etibarən ölkədə pensiyaların verilməsinə başlanıb. Bu səbəbdən də ciddi karantin rejiminin olmasına baxmayaraq, insanlar ATM-lərin qarşısında kütləvi şəkildə toplanır. Bunun qarşısını almaq üçün Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştəriləri üçün xüsusi şərtlər tətbiq edilir.
Eləcə də bax: "Kapital Bank" biznesə başlamaq üçün - 15 NƏFƏRƏ DƏSTƏK GÖSTƏRİB
Belə ki, Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank tərəfindən ödənilir.
Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın ölkə üzrə olan 800-dək bankomatında hər gün müvafiq dezenfeksiya işləri aparılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.