Mir Camal Paşayev “PAŞA Bank”ın Gürcüstandakı törəmə şirkəti “PASHA Bank Georgia”nın Müşahidə Şurasını tərk edib.
FED.az xəbər verir ki, onu bu vəzifədə Şahin Məmmədov əvəz edib.
Kadrlar və mükafatlandırma üzrə komitənin sədri vəzifəsində Mir Camal Paşayevi Fərid Məmmədov əvəz edib.Bundan başqa, bankın bir sıra komitələrində dəyişikliklər baş verib. Büdcə komitəsini Turxan Mahmudov, Xəyalə Nağıyeva və Murad Əhmədov tərk edib. Onları Elman Eminov, Ülviyyə Abbasova və Vüqar Axundov əvəz edib.
Risklərin idarə olunması komitəsini sədri vəzifəsində Cəlal Qasımov Xəyalə Nağıyevanı əvəz edib, həmin komitəyə Elman Eminov və Kəmalə Nuriyevanın yerinə Fərid Məmmədov və Ruslan Məmmədov daxil olub.