“PASHA Bank Georgia”nın rəhbərliyində dəyişiklik baş verib.
Bankdan verilən xəbərə görə, Arda Yusuf Arkun bankın Direktorlar Şurasının sədri və baş icraçı direktor vəzifəsinə təyin edilib.
Ondan əvvəl isə bu vəzifəni Şahin Məmmədov yerinə yetirib.
Qeyd edək ki, hal-hazırda bankın Direktorlarının Şurasının iki üzvü var. Bunlar Qoqo Caparidze və Çingiz Abdullayevdir.