Azərbaycanın ən böyük banklarından biri olan “Kapital Bank” ( 3 mlrd cəmi aktivlər) 2017-ci il üzrə səhmdarlara ödəniş edib.
FED.az Kapital Bank -ın 2017-ci ilin yekunu üzrə hesabatına əsasən xəbər verir ki, bank səhmdarlara mənbədən vergi tutulmazdan əvvəl 94 mln 839 min manat ödəniş edib.
Xatırladaq ki, “Kapital Bank” ASC -ə aidiyyatı şəxslər 452 nəfərdir bunlardan 413-ü fiziki şəxs, qalan 39-u isə hüquqi şəxsdir.
“Kapital Bankın” əsas səhmdarı “Paşa Holding”dir. Bankın nizamnamə kapitalında “Paşa Holding”in payı 99,87% dir. Bankın 2017-ci il üzrə nizamnamə kapitalı 185 mln 850 min manat olub.
Qeyd edək ki, bank 2017-ci ili 112 mln 407 min manat məbləğ mənfəətlə başa vurub.