“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın nizamnamə kapitalı 245 mln. türk lirəsi və yaxud 96,08% artırılaraq 500 mln. lirəyə çatdırılacaq.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu – KAP) istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı yekun qərar “PAŞA Yatırım Bankası” səhmdarlarının bu gün keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, kapital artımı üçün tələb olunan vəsaiti Türkiyə bankında dolayı yolla 59,95% paya malik olan “PAŞA Holdinq” MMC təmin edəcək.
Xatırladaq ki, “PAŞA Yatırım Bankası” 3 il öncə “PAŞA Bank”ın Türkiyənin “Aksoy Holdinq”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir. “PAŞA Bank”ın səhmlərinin isə 60%-i “PAŞA Holdinq”ə məxsusdur.
“PAŞA Yatırım Bankası”nın nizamnamə kapitalı artırıldıqdan sonra burada “PAŞA Holdinq” 49%, “PAŞA Bank” 50,96%, “Aksoy Holdinq” isə 0,04% paya malik olacaq.