Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank»ın kredit portfelinin keyfiyyəti pisləşib.
Əmək haqqı xərclərinin dinamikasına görə – BANKLARIN RENKİNQİ (2024/2025)
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, 2025-ci ilin sonuna bankın problemli və qeyri-standart kreditlərinin həcmi və onların ümumi kredit portfelində payı kəskin artıb.
Kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (2024/.2025)
Belə ki, 2025-ci ilin sonuna «Paşa Bank»ın problemli kreditlərinin ümumi həcmi 315 milyon manatı keçib. Bu, bankın ümumi kredit portfelinin 9,2%-i deməkdir.
2024-cü illə müqayisədə bankın problemli kreditlərinin həcmi 100 milyon manatdan çox, daha dəqiqi 115 milyon manat və ya 57% artıb.
«Paşa Bank»dakı problemli kreditlərinin bir hissəsi vaxtı keçmiş kreditlərdir – onların həcmi 2024-cü illə müqayisədə 10 milyon manat artaraq 85 milyon manata çatır. Bu, bankın ümumi kredit portfelinin 2,5 faizi deməkdir. Xatırladaq ki, bir il əvvəl vaxtı keçmiş kreditlərin həcmi 75 milyon manat, onların ümumi portfeldə payı isə 2,3 faiz idi.
Bankın kreditləri ilə bağlı əsas problem isə qeyri-standart kreditlərdədir. 2025-ci ildə qeyri-standart kreditlər az qala 2 dəfə artaraq 126 milyon manatdan 230 milyon manata yüksəlib. Belə kreditlərin ümumi kredit portfelindəki payı isə 3,8%-dən 6,7%-ə yüksəlib.
«Paşa Bank»dakı qeyri-standart kreditlərin içərisində qeyri-qənaətbəxş kreditlər 2,4 dəfə artaraq 46 milyon manatdan 112 milyon manata yüksəlib (ümumi portfelin 3,3 faizi).
Bankdakı təhlükəli kreditlərin həcmi isə 3 dəfə artaraq 23 milyon manatdan 70 milyona sıçrayıb – bu ümumi portfelin 2,1 faizi deməkdir.
Bankdakı ümidsiz kreditlərin həcmi isə 48 milyon manatdır.
«Paşa Bank»ın ən çox vaxtı keçmiş kreditləri kənd təsərrüfatı, ticarət, emal sahələrinə aiddir.












