Ölkənin ən iri korporativ bankı olan "PAŞA Bank" 2017-ci ili 58 milyon 994 min manat xalis mənfəətlə başa vurub. FED.az xəbər verir ki, bank 2017-ci ilin son rübündə bankın cari mənfəət vergisi öhdəlikləri "0" olub.
Bankın maliyyə hesabatlarına görə, ötən PAŞA Bankın cəmi gəlirləri 207 milyon 87 min manat, o cümlədən faiz gəlirləri 158 miyon 157 min manat, qeyri-faiz gəlirləri 48 milyon 925 min manat olub. 2016-cı illə müqayisədə bankın faiz gəlirləri artsa da qeyri-faiz gəlirləri kəskin azalıb.Beləki, 2016-cı ildə faiz gəlirləri 114 milyon 753 min manat, qeyri-faiz gəlirləri isə 76 milyon 831 min manat uidi. Göründüyü kimi, son bənddə 28 milyon manatlıq düşmə qeydə alınıb.
Bankın aktivləri 413 milyon manat artıb. 2017-ci ilin son rübü üzrə göstəricilərə əsasən, PAŞA Bank 3 milyard 551 milyon 787 min manat cəmi aktivlərə, 3 milyard 149 milyon 76 min manat cəmi öhdəliklərə və 402 milyon 711 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2016-cı il tarixində PAŞA Bank 3 milyard 138 milyon 803 min manat cəmi aktivlərə, 2 milyard 736 miyon 408 min manat cəmi öhdəliklərə və 402 milyon 395 min manat cəmi balans kapitalına malik idi. Belliklə, ötən il PAŞA Bankın cəmi aktivləri 413 milyon manat artıb.
2016-cı ilin sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 870 milyon 201 min manatda 943 milyon 99 min manata qalxıb. Beləliklə, Bankın kredit portfeli 72 milyon 898 min manat və ya 8,4% artıb.