«PAŞA Bank»ın ödəniş kartlarında əməliyyat limitləri tətəbiq ediləcək. FED.az-ın məlumatına görə, bu barədə məlumat bankın kart sahiblərinə göndərilib.
Məlumatda bildirilir ki, 29 yanvar 2018-ci il tarixdən etibarən Visa Debit, MasterCard Debit və Visa Classic, MasterCard Standard kartları ilə xarici valyutada nağdlaşdırma (ATM və POS-cash vasitəsi ilə), Card-to-card və 3D-Payment (kartdan hesaba ödəniş) ödənişləri üzrə gündəlik maksimal əməliyyat limiti 2000 USD məbləğində təyin edilmişdir".
Digər valyutalarda aparılan əməliyyatlar da 2000 dollarlıq limitin ekvivalenti daxilində aparılacaq. Bu limitlər xaricdə səfərdə olan kart sahiblərinə də tətbiq ediləcək. Bankda belə limitlərin ilk dəfə tətbiq edildiyini etiraf etsələr də, səbəğini açıqlamayıblar.
"PAŞA Bank"ın kartları ilə əməliyyatlara - LİMİT QOYULDU
09:30
25 Yan 2018