FED.az xəbər verir ki, PAŞA Bankın əmək haqqı kartları ilə nağdsız ödənişlər üzrə bütün mübadilə əməliyyatları üçün xidmət haqqı ləğv edilir. Bu yenilik ATM, POS-Cash və ya kassa vasitəsi ilə fərqli valyutada məxaric əməliyyatlarına aid deyil.
HəmçininPAŞA Bankın əmək haqqı kartları ilə Bankın Biznes mərkəzlərində kart təqdim edilmədən kassadan məxaric əməliyyatına 0.5% komissiya tətbiq ediləcək.
Bundan başqa, Əmək haqqı kart hesabları balansının kassa vasitəsi ilə artırılması mümkün olacaq. Bu yenilik yalnız Bank və Müştəri arasında Ümumi Şərtlər Toplusu imzalandığı halda tətbiq oluna bilər. Bu halda, əmək haqqı kart tarifinin növündən asılı olaraq, 1%-ə qədər komissiya haqqı tutula bilər;
“Həyat Yaşam Sığortası” əsasında verilən PAŞA Bank kredit kartları ilə nağdsız ödənişlər üzrə bütün mübadilə əməliyyatları üçün xidmət haqqı da ləğv edilir. Bu yenilik ATM, POS-Cash və ya kassa vasitəsi ilə fərqli valyutada məxaric əməliyyatlarına aid deyil.
PAŞA Bankın debit, depozit və güzəşt müddətli kredit kartı məhsulları üzrə AZN kartı ilə xarici valyutada və ya xarici valyuta kartı ilə AZN-də aparılan nağdsız ödənişlər zamanı mübadilə əməliyyatları üçün xidmət haqqı 1%-dən 0.5%-ə endirilir. Bu yenilik ATM, POS-Cash və ya kassa vasitəsi ilə fərqli valyutada məxaric əməliyyatlarına aid deyil.
"PAŞA Bank"ın kart tariflərində yeniliklər
12:39
30 Noy 2017