Azərbaycanın aparıcı özəl banklarından olan «Paşa Bank» 2020-ci ilin ilk yarısının nəticələrini açıqlayıb.
Eləcə də bax: «Kapital Bank» 1 rübdə 95 milyon manat qazanıb – RƏQƏMLƏR, HESABAT
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 105 milyon manat, faiz xərcləri 21,4 milyon manat, xalis faiz gəliri 82,8 milyon manat olub.
Bankın qeyri-faiz gəlirləri 42,9 milyon, qeyri-faiz xərcləri 72,8 milyon manat təşkil edib.
Nəticədə bank ilk yarım ili 52,9 milyon manat əməliyyyat mənəfəti ilə başa vurub. «Paşa Bank» ilk 6 ayın nəticəçsi olaraq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi yüçün 12,2 milyon manat ehtiyat ayırıb.
Nəticədə bankın vergidən əvvəlki mənfəəti 40,7 milyon manat təşkil edib.
Bu məbləğdən 11,8 milyon manat mənfəət vergi ödəniləndən sonra isə ilk yarım ilin yekununda xalis mənfəət 28,9 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın mənfəəti 44,1% azdır (2019-cu ilin ikl yarısında xalik mənfəət 51,78 milyon manat idi.
Bununla yanaşı, qeyd edək ki, «Paşa Bank» bu ilki 28,9 milyon xalis mənfəətin 25 milyonunu 2-ci rübdə qazanıb. Bankın birinci rübdəki mənfəəti cəmi 3,5 milyon manat olmuşdu.
Bu dövrdə Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 1,5% artaraq 4 milyard 831,9 milyon manat olub. Bankın öhdəlikləri isə təqribən 2% artaraq 4 milyard 369,1 milyon manat təşkil edib.
Bununla yanaşı, bankın kapitalında azalma var. Belə ki, ilk yarım ilin nəticəsində «Paşa Bank»ın kapitalı 462,8 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə təqribən 10 milyon manat və ya 2,1% azdır.