“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi (“PAŞA Bank Gürcüstan”) 2021-ci ili 6,153 milyon lari (3,384 milyon manat) zərərlə başa vurub.
Eləcə də bax: Azərbaycan bankları 2021-i belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı “Renkinq”ə istinadən xəbər verir ki, bankın maliyyə hesabatına görə, bu, 2020-ci ilə nisbətən 3,8 dəfə azdır.
Ötən il “PAŞA Bank Gürcüstan”ın əməliyyat gəlirləri 38,059 milyon lari (20,932 milyon manat, illik müqayisədə 0,6% az), əməliyyat xərcləri 43,499 milyon lari (23,924 milyon manat, 8,75% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 776 min lari (427 min manat, 18 dəfə az), gözlənilməz gəlirləri isə 63 min lari (35 min manat, 2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Bank Gürcüstan”ın aktivləri 438,734 milyon lari (241,304 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 6,6% azdır. Bunun 285,932 milyon larisi (157,263 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 8,4% kiçilib.
Hesabat dövründə “PAŞA Bank Gürcüstan”ın öhdəlikləri 6,3% azalaraq 368,870 milyon lariyə (202,879 milyon manat), o cümlədən depozit portfeli 4% azalaraq 211,562 lariyə (116,359 milyon manat), balans kapitalı isə 8,1% azalaraq 69,864 milyon lariyə (38,425 milyon manat) düşüb, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (56,65 milyon manat) qalıb.
1 lari = 0,55 manat