Ölkənin aparıcı banklarından olan «Paşa Bank» 2022-ci ilin 3-cü rübünün yekunları üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 223,9 milyon manat təşkil edib.
Bunun 156,6 milyon manatı kredit portfelindən, 50,1 milyon manat isə qiymətli kağızlardan əldə edilib. Bundan başqa, «Paşa Bank» banklardavı digər maliyyə qurumlarında yerləşdirilən depozitlərdən 9,7 milyon manat qazanıb.
Bankın faiz xərcləri isə 39,6 milyon manat olub. Bunun 23,7 milyon manatı bankdakı depzitlərə görə ödənilən faizlər, 11,6 milyrn manat isə cəlb edilmiş kreditlərə görə faiz ödənişləridir.
Ümumilikdə bankın xalis faiz gəliri 184,3 milyon manat olub.
«Paşa Bank»ın 3-cü rübün nəticələrinə görə, qeyri-faiz gəlirləri isə 143,9 milyon manat olub.
81,4 milyon manatı haqq və komissiya haqlarının hesabınadır, xarici valyuta ilə əməliyyatlar isə banka 29,4 milyon manat gətirib.
Bununla yanaşı, «Paşa Bank» qiymətli kağızların yenidən qiymətləndirilməsi və satışında 15 milyon zərər edib.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri isə 178,3 milyon manat olub. Bunun 40,6 milyon manatı əmək haqqı, 47 milyon manat isə inziati xərclərin payına düşüb.
Nəticədə bank 3-cü rübü 149,9 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Bundan 3,8 milyon manat mümün zərərlər üzrə ehtiyatlara ayrılıb. 36,4 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə «Paşa Bank» 3-cü rübü 109,7 milyon manat xalis mənfəətlə başa vurub.
3-cü rübün nəticələrinə görə, «Paşa Bank»ın aktivləri ilin əvvəli ilə müqayisədə 1,2 milyard manat artaraq 7 milyard 606 milyon manat olub.
Bankın ümumi kredit portfeli 2 milyard 668 milyon manat, qiymətli kağızlara yatırımlar 1 milyard 960 milyon manat təşkil edib. Bankın kredit portfeli ilin əvvəlindən bəri cəmi 123 milyon manat (4,8%), qiyməli kağızlara yatırımlar isə 194 milyon manat (11%) artıb.
Əvəzində «Paşa Bank» «artıq pulları» başqa banklarda yerləşdirib. Belə ki, «Paşa»nın başqa banklardakı depozitləri 2,5 dəfə artaraq ilin əvvəlindəki 390 milyon manatdan, 1 milyard 80 milyon manata yüksəlib.
Kredit portfelinin tərkibində biznes kreditləri 2 282 milyon manat, istehlak kreditləri 281 milyon manat, ipoteka kreditləri 105 milyon manat olub.
İlin əvvəli ilə müqaysədə «Paşa Bank»ın biznes kreditləri 14 milyon manat (0,6%) azalıb, əvəzində istehlak kreditləri 118 milyon manat (72%), ipoteka kreditləri isə 20 milyon manat və ya 22% artıb.
Bankın öhdəlikləri isə 6 milyon 985 milyona yüksəlib. 6,1 milyard manatlıq depozit portfelinin böyük hissəsi – 4,75 milyard manatı hüquqi şəxslərin, 1,36 milyard manat isə fiziki şəxslərin depozitləridir.
Maraqlıdır ki, ilin əvvəlindən indiyədək bankda hüquqi şəxslərin depozitləri 1,36 milyard manat və ya 40% artdığı halda, fiziki şəxslərin depozitləri 280 milyon manat və ya 17% azalıb.
«Paşa Bank»ın cəmi kapitalı isə 3-cü rübün sonuna 621 milyon manat olub.