Azərbaycanın ən iri banklarından olan "Paşa Bank" ASC "9 may - Qələbə günü" münasibəti ilə biznes mərkəzlərinin iş qrafikini açıqlayıb.
FED.az xəbər verir ki, bank bununla bağlı müştərilərinə xəbərdalıq sms-i də göndərib.
Məlumatda bildiririk ki, 9 may Qələbə günü olduğundan bu tarixdə Bankın Biznes Mərkəzləri fəaliyyət göstərməyəcək, 8 may 2018-ci il tarixində Bankın Biznes Mərkəzləri 16:00-dək xidmət göstərəcək.
PAŞA Bank Əlaqə Mərkəzi hər zaman olduğu kimi 7 gün 24 saat ərzində müştərilər üçün fəaliyyət göstərəcək və bu qayda bayram günlərinə də şamil edilir.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 496 50 04 (korporativ müştərilər üçün), *9123 / (+99412) 496 50 00 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.