Azərbaycanın ən iri banklarından olan “PAŞA Bank” ASC-nin adından müştərilərə saxta elektron email ünvanı üzərindən məktublar göndərilir.
FED.az xəbər verir ki, bank müştərilərin belə dələduzluq hallarına qarşı diqqətli olmağı xahiş edir və bununla bağlı müştərilərə rəsmi məktub da ünvanlayıb.
Məktubda qeyd olunur ki, əgər sizə “PAŞA Bank” ASC-yə aid olmayan elektron ünvandan ödənişlər haqqında məktublar daxil olarsa, bu məktubların “PAŞA Bank” ASC tərəfindən göndərilmədiyini nəzərə alın.
Naməlum mənbədən (misal üçün [email protected] elektron ünvanından) daxil olan məktublarda Sizdən şəxsi məlumatlar tələb olunduqda, onları heç bir halda paylaşmamağınızı tövsiyə edirik.
Bu növ məktublar aldıqda linklərə keçid etməyin, əlavələri açmayın, faylları yükləməyin, ad, şifrə və digər məxfi məlumatları daxil etməyin.
Dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal bankla əlaqə saxlamağınızı xahiş edirik. *8123 və *9123 “PAŞA Bank” ASC-nin müştəri xidmətlərinin rəsmi əlaqə nömrələridir.
Dələduzlardan və internet hücumlardan qorunma yolları ilə linkə keçid edərək tanış ola bilərsiniz: https://pshb.az/kibertehlukesizlik