Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinə müşavir təyin edilib.
Eləcə də bax: Eldar Cəfərov 433 milyonluq holdinqə rəhbər - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Fərhad Vəliyev baş bankirin müşaviri təyin edilib.
O, bundan öncə “PAŞA Bank” ASC-də 2010-cu ilin aprelindən 2022-ci ilin mayına qədər müxtəlif vəzifələrdə çalışıb.
Həmçinin, “Premium Bank” (əvvəlki Silk Vey Bank) və Silk Vey Holdinqdə çalışıb.
Qeyd edək ki, 2022-ci ilin aprel ayından Mərkəzi Banka “PAŞA Bank” ASC-nin sabiq sədri Taleh Kazımov rəhbərlik edir.