“PAŞA Bank” ASC-nin Kommersiya bankçılığı departamentinin direktoru “Kapital Bank” ASC-yə transfer olub.
Eləcə də bax: “Atasığorta” şirkətinə - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Heydər Süleymanovdur. Süleymanov bu vəzifəsinin icrasına 2020-ci ilin martından başlayıb.
O, “PAŞA Bank”da departament direktoru kimi 2012-ci ildə təyin edilmişdi. Bu vəzifəsindən öncə isə bankda şöbə müdri kimi çalışırdı.
Heydər Süleymanovun “Kapital Bank”dakı yeni vəzifəsi Korporativ satış departamentinə direktorluq olacaq.