FED.az xəbər verir ki, mesajda bildirilir ki, “500 nominallı Avro əskinasları öz dəyərini saxlayaraq müddətsiz olaraq mübadilə, yığım və digər təyinat üzrə istifadə oluna biləcək. Bankımız tərəfindən bu nominaldakı əskinasların daha kiçik nominallara dəyişdirilməsi üçün 10 000 avroya qədər hissəsinə 0%, geri qalan hissəsinə isə 0,5% komissiya tətbiq ediləcək”.
Qeyd edək ki ,Avropa Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.
Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli məlumatına əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırlacağı bildirilib.