“PAŞA Bank” ASC- Maliyyə blokunda iki təyinat baş tutub.
Mərkəzi Bankın sabiq əməkdaşı dövlət agentliyinə - TƏYİNAT ALDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Kamil Allahverdiyev bloka daxil olan Xəzinədarlıq departamentinin direktoru təyin edilib. O, bu vəzifədə Ceyhun Hacıyevi əvəzləyib.
K.Allahverdiyev bundan öncə bankla paralel “PAŞA Kapital İnvesitiya Şirkəti” QSC-də, daha əvvəl isə “FINCA qeyri-bank kredit təşkilatı” MMC-də çalışıb.
Rəşad Məmmədov isə Maliyyə idarəedilməsi departamentinin Mühasibatlıq və Vergi şöbəsinin rəhbəri, Baş mühasib vəzifəsini müvəqqəti icra edən təyin edilib. O, baş mühasib vəzifəsində Elvira Xamidulina Rəşidovnanı əvəz edib.