“PAŞA Bank” ASC-nin Büdcələmə və idarəetmə hesabatları departamenti direktoru Elman Bayramov-un vəzifəsini tərk edərək ölkənin ən böyük şirkətinə təyinatından sonra vakant qalan vəzifəsinə yeni təyinat olub.
Eləcə də bax: “Yelo Bank”da yeni – TƏYİNAT OLUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, departamentə direktor vəzifəsinə Xəzinədarlıq departamenti tərkibində şöbə müdiri olmuş Hikmət Aslanlı təyin edilib.
Onun əvvəlki və eləcə də yeni departamenti “PAŞA Bank”ın menecment strukturunda 4 qoldan biri olan Maliyyə funksiyasına aid edilir ki, bu da bir-birlərinə daha yaxın bir struktur olması deməkdir.
Aslanlı yuxarıda qeyd edilən departamentə rəhbərlik səlahiyyətinə artıq 2020-ci ildən başlayaraq rəsmən yiyələnib.
“PAŞA Bank”a isə 2015-ci ilin oktyabrında şöbə müdiri vəzifəsini icra edən kimi gəlmişdi ki, ona qədər Azərbaycan Mərkəzi Bankı-da, daha əvvəl isə Mərkəzi Bank və Unibank kimi maliyyə qurumlarında çalışmışdır.