Azərbaycanın ən böyük özəl bankı olan «Paşa Bank»ın səhmdarları dəyişib.
Eləcə də bax: Arif Paşayev "Paşa Bank"dakı payını artırıb
FED.az xəbər verir ki, bankın səhmdarlarının sırası genişlənib və bura daha bir şəxs daxil olub.
Bu – ötən ilin sonunadək «Paşa Holdinq»ə rəhbərlik etmiş Mir Camal Paşayevdir. Cənab Paşayev bankda 6% səhm əldə edib.
Eyni zamanda, bankın digər səhmdarı olan Arif Paşayevin payı 10%-dən 19%-ə yüksəlib.
Bankın əsas səhmdarları olan Leyla və Arzu Əliyevaların səhm payı isə hərəyə 45%-dən 37,5%-ə enib.