Azərbaycanın bank sektorunun liderlərindən olan «Paşa Bank»da personala ödənilən orta aylıq əmək haqqı məlum olub.
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, bankda bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 6 313 manat təşkil edib.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə “Paşa Bank”də işçilərin əmək haqqı xərclərinə 95 milyon 605 min manat sərf edilib.