«Paşa Bank» ASC 2018-ci ilin 3-cü rübü üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankın bu ilin 3-cü rübündə faiz gəlirləri 124 mln 263 min manat, faiz xərcləri isə 27 mln 203 min manat olub. Sonda bu ilin hesabat dövründə bankın xalis faiz gəlirləri ilin əvvəli ilə müqayisədə 13,82% azalaraq 97 mln60 min manata enib.
2018-ci ilin 3-cü rübündə qeyri-faiz gəlirləri 22 mln 352 min manat, qeyri-faiz xərcləri isə 57 mln 309 min manat təşkil edib.
Yekunda, bankın hesabat dövründə xalis mənfəəti 50 mln 429 min manat olub. Xatırladaq ki, bankın 2018-ci ilin 1-ci rübündə xalis mənfəəti 6 mln 532 min manat, 2-ci rübündə 15 mln 630 min manat, 3-cü rübündə isə 28 mln 267 min manat təşkil edib. Qeyd edək ki, bank 2017-ci ilin ilk 3 rübünü 29 milyon 40 min manat mənfəətlə başa vurmuş, üstəlik ötən ilin ikinci rübündə 10,4 milyonr manat zərər etmişdi.
FED.az bankın “Balans” hesabatına istinadən bildirir ki, bankın hesabat dövrü ərzində cəmi aktivləri 21,96% artaraq 4 mlrd 332 mln manat , cəmi kapital isə 2,79% azalaraq 391 mln 445 min manat olub.
Bankın kredit portfeli hesabat dövründə ilin əvvəlinə nisbətən 21,33% artaraq 1 mlrd 144 mln 269 min manata çatıb.