Paşa Bankın 2023-cü ilin dördüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
Paşa Bank ölkənin bank sistemində xərclərin payına görə 3-cü yerdədir. Bankın ümumi xərcləri 364 milyon 768 min manat olub.
Bankın xərclərinin ən çox hissəsi inzibati xərclərdən və əmək haqqı xərclərindən formalaşıb. Uyğun olaraq inizbati xərclər üzrə ümumi xərclərin 29%-i qədər 106 milyon 507 min manat və əmək haqqı xərcləri ümumi xərclərin 24%-i qədər 87 milyon 157 min manat təşkil edib.
Bankın digər ən böyük xərc sahəsinə digər-qeyri faiz xərcləri aiddir. Sözügedən xərc sahəsi üzrə 73 milyon 805 min manat, başqa sözlə ümumi xərclərin 20%-i həcmində xərc formalaşıb. Digər faiz xərcləri isə azlıq təşkil edir 1% həcmində - 483 min manat.
Depozitlər üzrə faiz xərcləri bankın ümumi xərclərin 13%-ni əhatə edib – 47 milyon 392 min manat.
Bankın başqa sahələrdən xərcləri elədə çox deyil, kredit faizlərindən yaranan xərc 8 milyon 34min manat ümumi xərclərin 2%-i, qiymətli kağızlardan faiz xərci 5 milyon 283 min manat ümumi xərclərin 1%-i və amortizasiya xərci 36 milyon 107 min manat ümumi xərclərin 10%-i həcmində.
Hesabat dövrü ərzində Azərbaycan Mərkəzi bankına kredit xərci olmamışdır.
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
İnzibati xərclər |
106 507 |
29% |
Əmək haqqı xərcləri |
87 157 |
24% |
Depozitlər üzrə faizlər |
47 392 |
13% |
Kredit faizləri |
8 034 |
2% |
QK- faiz xərci |
5 283 |
1% |
AMB kredit xərci |
- |
- |
Amortizasiya xərcləri |
36 107 |
10% |
Digər faiz xərcləri |
483 |
1% |
Digər qeyri faiz xərcləri |
73 805 |
20% |
Cəmi |
364 768 |
100% |