FED.az ölkənin ən iri banklarından olan “Paşa Bank”ın gəlir mənbələrini təqdim edir.
"Paşa Bank"da müştərilərin əmanətləri - 129 MİLYON MANAT AZALIB
2025-ci ilin 3-cü rübündə "Paşa Bank"ın ümumi gəlirləri 597 milyon 359 min manat təşkil edib. Bankın gəlirlərində ən böyük pay kredit portfeli üzrə faiz gəlirlərinə məxsus olub, bu mənbədən 216 milyon 622 min manat gəlir əldə edilib və bu, ümumi gəlirlərin 36%-ni təşkil edib.
Komissiya haqları da bankın mühüm gəlir istiqamətlərindən biri kimi çıxış edib, bu sahədən 132 milyon 98 min manat gəlir əldə olunub və ümumi gəlirlərdə pay 22% səviyyəsində olub.
Qiymətli kağızlara investisiyalardan əldə edilən gəlir 93 milyon 611 min manatla ümumi gəlirlərin 16%-ni təşkil edib.
Digər banklara depozitlərdən gəlirlər 64 milyon 395 min manat olub və 11% paya sahibdir.
Valyuta əməliyyatlarından gəlirlər 30 milyon 765 min manatla 5% pay tutub, digər qeyri-faiz gəlirləri isə 37 milyon 772 min manatla ümumi gəlirlərin 6%-ni təmin edib.
Bank digər banklara kredit verərək 21 milyon 639 min manat gəlir əldə edib və bu gəlir ümumi gəlirin 4%-i həcmindədir.
Son olaraq digər faiz gəlirləri isə 457 min manatla ümumi gəlirlərin 1%-ni təşkil edib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
216 622 |
36% |
|
QK-a investisiyadan gəlir |
93 611 |
16% |
|
Digər banklara depozitlərdən gəlirlər |
64 395 |
11% |
|
Digər banklara kreditlərdən gəlirlər |
21 639 |
4% |
|
Komissiya haqları |
132 098 |
22% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
30 765 |
5% |
|
Digər faiz gəlirləri |
457 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
37 772 |
6% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
597 359 |
100% |














