2023 və 2024-cü illər arasında "Paşa Bank"ın gəlirlərində əhəmiyyətli dəyişikliklər qeydə alınıb.
«PAŞA Holding»in hansı bankı daha yaxşı işləyib? – «KAPİTAL BANK», yoxsa «PAŞA BANK» - MÜQAYİSƏ
FED.az xəbər verir ki, 2023-cü il bankın ümumi gəliri 674 444 000 manat olduğu halda, ötən ildə bu göstərici 729 710 000 manata çatıb. Bu da gəlirin 55 266 000 manat və ya 8.2% artması deməkdir.
Kredit faizlərindən əldə olunan gəlir 226 076 000 manatdan 265 164 000 manata qədər yüksəlib. Artım məbləğ baxımından 39 088 000 manat, faiz ifadəsində isə 17.3% təşkil edib. Ümumi gəlirlərdə bu gəlir növünün payı 34%-dən 36%-ə yüksəlib.
Komissiya haqları üzrə gəlir 2023-cü ildə 141 926 000 manat olduğu halda, 2024-cü ildə 163 588 000 manata çatıb. Bu, 21 662 000 manat və ya 15.3%-lik artıma bərabərdir. Ümumi gəlirlərdə komissiya haqlarının payı isə 21%-dən 22%-ə yüksəlib.
Valyuta əməliyyatlarından gəlirlər isə əksinə azalma göstərib. Bu gəlir maddəsi üzrə qazanılan məbləğ 40 452 000 manatdan 40 132 000 manata enib. Nəticədə bu gəlir növü 320 min manat və ya 0.8% azalıb. Ümumi gəlirlərdə payı isə 6%-dən 5%-ə düşüb.
Qiymətli kağızlardan əldə edilən faiz gəlirləri 124 616 000 manatdan 126 526 000 manata yüksəlib başqa sözlə əldə olunan gəlirlər 1 910 000 manat və ya 1.5% artıb. Ümumi gəlirlərdəki pay isə dəyişməyərək iki ildir 17% səviyyəsində qalıb.
Digər banklarda yerləşdirilmiş depozitlərdən əldə edilən gəlirlər 80 603 000 manatdan 63 403 000 manata qədər azalıb. Bu, 17 200 000 manat və ya 21.3%-lik azalma deməkdir. Ümumi gəlirlərdə bu kateqoriyanın payı 12%-dən 9%-ə geriləyib.
Əvəzində digər banklara verilən kreditlər üzrə gəlir 16 826 000 manatdan 21 096 000 manata qədər yüksəlib. Artım 4 270 000 manat və ya 25.4% təşkil edib. Ümumi gəlirlərdəki pay isə 3% səviyyəsində sabit qalıb.
Digər faiz və digər qeyri-faiz gəlirlərində də 2023-cü ilə nisbətdə atım müşahidə edilib. Belə ki, digər faiz gəlirlərindən daxil olan vəsaitin həcmi 290 min manatdan 1 814 min manata, digər qeyri-faiz gəlirləri isə 43 655 000 manatdan 47 987 000 manata yüksəlib. Digər faiz gəlirləri 1 524 000 manat və ya 525.5%, artım göstərib, ümumi gəlirlərdə payı isə 1%-dən 3%-ə qədər artıb. Digər qeyri-faiz gəlirləri 4 332 000 manat və ya 9.9%-lik artım nümayiş etdirib, ümumi gəlirlərdə payı isə 6%-dan 7%-ə qədər artıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
265 164 |
36% |
Komissiya haqları |
163 588 |
22% |
Valyuta əməliyyatlarından gəlirlər |
40 132 |
5% |
QK-a investisiyadan gəlir |
126 526 |
17% |
Digər banklara depozitlərdən gəlirlər |
63 403 |
9% |
Digər banklara kreditlərdən gəlirlər |
21 096 |
3% |
Digər faiz gəlirləri |
1 814 |
1% |
Digər qeyri-faiz gəlirləri |
47 987 |
7% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
729 710 |
100% |