FED.az Azərbaycanın ən böyük banklarından olan “Paşa Bank”ın gəlir mənbələrini təqdim edir.
«Azərbaycan Sənaye Bankı» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə, “Paşa Bank”ın ümumi gəlirləri 554 milyon 562 min manat təşkil edib. “Paşa Bank” bu göstəriciyə görə, cəmi iki bankdan – ölkənin ən böyük bankı və bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankından (ABB) və “Paşa Holdinq”dəki həmkarı “Kapital Bank”dan geri qalır.
“Paşa Bank” ölkədə o banklar qrupuna aiddir ki, bank biznesinin bütün istiqamətlərindən gəlir əldə edə bilir. Hesabat dövründə bankın gəlirlərinin ən byöük hissəsi – 195 milyon 238 min manatı və ya 36%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 121 milyon 134 min manat daxil olub - ümumi gəlirlərin 22%-i bu sahədən əldə olunub.
Daha 30 milyon 591 min manat isə valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 6%-i.
Bank üçüncü rüb ərzində qiymətli kağızlardan 102 milyon manatdan artıq gəlir əldə edib. Bankın bütün gəlirlərinin 18%-i qiymətli kağız bazarından daxil olur. Ümumiyyətlə “Paşa Bank” ölkədə qiymətli kağızlara ən çox yatırım edən banklardan biridir.
Ümumi gəlirlərin təqribən 11%-i və ya 62 milyon manatdan çox bank başqa banklara yerləşdirilən depozit və kreditlərdən daxil olub.
Bütün bunlardan başqa, bankın 43 milyon 451 min manatlıq digər faiz və qeyri-faiz gəlirləri də olub.
Ümumiyətlə, “Paşa Bank”ın gəlirlərinin 66%-i faiz, 34%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
195 238 |
36% |
Komissiya haqları |
121 134 |
22% |
Valyuta əməliyyatlarından gəlirlər |
30 591 |
6% |
QK-a investisiyadan gəlir |
102 030 |
18% |
Digər banklara depozitlərdən gəlirlər |
46 909 |
8% |
Digər banklara kreditlərdən gəlirlər |
15 209 |
3% |
Digər faiz gəlirləri |
89 |
1% |
Digər qeyri-faiz gəlirləri |
43 362 |
8% |
CƏMİ GƏLİRLƏR |
554 562 |
100% |