«Paşa Bank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın ən böyük banklarından olan “Paşa Bank”ın gəlir mənbələrini təqdim edir.
"Paşa Bank" əmək haqqı xərclərini - KƏSKİN ARTIRIB
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə, “Paşa Bank”ın ümumi gəlirləri 493 milyon 921 manat təşkil edib. “Paşa Bank” bu göstəriciyə görə, cəmi iki bankdan – ölkənin ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankından (ABB) və “Paşa Holdinq”dəki həmkarı “Kapitalbank”dan geri qalır.
“Paşa Bank” ölkədə o banklar qrupuna aiddir ki, bank biznesinin bütün istiqamətlərindən gəlir əldə edə bilir. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 168 milyon 633 min manatı və ya 34%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 101 milyon 296 min manat daxil olub. “Paşa Bank” bu göstəriciyə görə, ölkədə yalnız “Kapitalbank”dan geri qalır. Daha 27 milyon 536 min manat isə valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 6%-i. Bank üçüncü rüb ərzində qiymətli kağızlardan 90 milyon manatdan artıq gəlir əldə edib. Bankın bütün gəlirlərinin 18%-i QK bazarından daxil olur. Ümumiyyətlə “Paşa Bank” ölkədə qiymətli kağızlara ən çox yatırım edən banklardan biridir. Ümumi gəlirlərin təqribən 13%-i və ya 64 milyon manatdan çox bank başqa banklara yerləşdirilən depozit və kreditlərdən daxil olub. Bütün bunlardan başqa, bankın 41 milyon 438 min manatlıq digər faiz və qeyri-faiz gəlirləri də olub. Ümumiyətlə, “Paşa Bank”ın gəlirlərinin 66%-i faiz, 34%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
168 633 |
34% |
QK-a investisiyadan gəlir |
90 356 |
18% |
Digər banklara depozitlərdən gəlirlər |
52 803 |
11% |
Digər banklara kreditlərdən gəlirlər |
11 859 |
2% |
Komissiya haqları |
101 296 |
21% |
Valyuta əməliyyatlarından gəlirlər |
27 536 |
6% |
Digər faiz gəlirləri |
238 |
1% |
Digər qeyri-faiz gəlirləri |
41 200 |
7% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
493 421 |
100% |