"PAŞA Bank" ASC 2018-ci ilin ilk yarım ilinin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ilk yarım ildə bankın cəmi aktivləri 24% artaraq 4 469 931 min manata, kredit portfeli isə 1,2 milyard manata çatıb.
Son bir ildə bankın aktivlərinin gəlirliyi 3,4%-dən 1,8%-ə, kapitalının gəlirliliyi isə 21,7%-dən 13,9%-ə düşüb.
Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib ki, hesabat dövründə "PAŞA Bank"ın əməliyyat gəliri 10% azalaraq 97,489 mln. manata, xalis mənfəəti isə 30% azalaraq 35,394 mln. manata düşüb. Azalma əsasən valyuta əməliyyatlarından Bankın əvvəlki kimi gəlir əldə etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənməsinin sabitləşməsi nəticəsində "PAŞA Bank"ın valyuta əməliyyatlarından gəliri 71% azalıb.
"PAŞA Bank" məzənnənin dəyişməsindən böyük gəlir götürürmüş
12:40
16 Okt 2018