Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» 2024-cü ildə mənfəətini kəskin azaldıb.
“Paşa Bank” rəhbərliyinin gəlirləri 1 milyon manat azalıb – RƏQƏMLƏR
FED.az bankın 2-ci rübün nəticələri üzrə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında bankın faiz gəlirləri 257 milyon mvanat, faiz xərcləri 86,7 milyon manat olub.
«Paşa Bank» pulu okeanın o tayına qoyur - ABŞ istiqrazlarına 140 milyon dollar yatırıb
Bankın kredit potfelindən gəlirləri artsa da, qiymətli kağızlardanfaiz gəlirləri təqribən 10 milyon manat aşağı düşüb.
İlk yarım ildə bankın qeyri-faiz gəlirləri 146,2 milyon manat, qeyri-faiz xərcləri 189,5 milyon manat olub.
"Paşa Bank"dan 90 milyon manat - GERİ ÇƏKİLİB
Nəticədə 6 ayın nyekununda bankın əməliyyat mənfəəti 124,2 milyon manat olub. Ötən illə müqayisədə bu məbləğ 15 milyon manat və ya 12% azalıb.
Bu il «Paşa Bank» mümkün zərərlərdən qorunmaq üçün əməliyyat mənfəətindən 9 milyon manat ayırmalı olub. Daha 23,5 milyon manat isə mənfəət vergisinə sərf edilib.
Nəticədə dövrün sonuna bankın xalis mənfəəti 91,6 milyon manat olub.
Xatırladaq ki, ötən il bu vaxtı bankın xalis mənfəəti 119 milyon manat idi. Bu il xalis mənfəət 27 milyon manat azalıb.
Yarım ilin yekunu üzrə bankın aktivləri 8 milyard 967 milyon manat, öhdəlikləri 8 milyard 13 milyon manat, cəmi kapitalı isə 954 milyon manat olub.