“PAŞA Bank ” 30 iyun 2019-cu il tarixinə maliyyə göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, bu ilin birinci yarısında bankın aktivləri 5 mlrd 043 mln 308 min manat təşkil edib ki, du ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Eləcə də bax:“PAŞA Bank”ın Gürcüstandakı törəmə bankının nə üçün – ZƏRƏR ETDİYİ MƏLUM OLUB
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlər 23% artaraq 1 mlrd 920 mln 982 min manat təşkil edib. Müştərilərin müddətli əmanətləri 20% artaraq 1 mlrd 401 mln 551 min manat, müddətis əmanəıtləri isə 6% artaraq 2 mlrd 287 mln 613 min manat təşkil edib.
Bankın son bir ildə xalis faiz gəliri isə 27% artaraq 104 mln 179 min manat, qeyri-faiz gəlirləri 37% artaraq 21 mln 338 min manat, qeyri-faiz xərcləri 38% artaraq 61 mln 999 min manat olub.
Hesabat dövründə bankın cəmi kapitalı 4% azalaraq 519 mln 962 min manat təşkil edib. Son bir ildə bankın öhdəlikləri 15% artaraq 4 mlrd 523 mln 346 min manat təşkil edib.
Bank 10 mln 170 min manat gəlir vergisi ödəyib. Son nəticə olaraq “PAŞA Bank” bu ilin birinci yarısını 35 mln 696 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.