"PAŞA Bank" 2020-ci ilədək kredit portfelini 2 milyard manata çatdırmaq niyyətindədir.
FED.az xəbər verir ki, bunu mətbuat konfransında bankın İdarə heyətinin sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, həmin müddətə qədər aktivlərin həcmini isə 5,2 milyard manata çatdırmaq planlaşdırılır.
Eləcə də bax: “AFB Bank”ın İdarə Heyətinin sədri işdən çıxıb
"PAŞA Bank" üçün 2017-ci ilin yekunlarından danışan T.Kazımov əlavə edib ki, hesabat dövründə bankın kredit portfeli 1,4 milyard manat təşkil edib. Bu, 2016-cı ildəki göstəricidən 21 faiz çoxdur.
Onun sözlərinə görə, ötən ilin yekunları üzrə "PAŞA Bank"ın xalis mənfəəti 89 milyon manat təşkil edib. Konsolidə edilmiş aktivlər isə 4 milyard manat (il ərzində 20 faiz artım) olub.
Xatırladaq ki, "PAŞA Bank" Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.