Bu gecə saat 01:00-dan 06:00-a qədər “PAŞA Bank” ASC-nin kartları ilə onlayn rejimdə, eləcə də bankomat və POS-terminallarla əməliyyatların aparılmasında fasilələr yaranacaq.
FED.az xəbər verir ki, bu barədə Bankın müştərilərinə müraciətində bildirilir.
Fasilələrə səbəb kimi təkmilləşdirmə işlərinin aparılması göstərilir.