Marketinq üzrə kiçik mütəxəssis
Marketinq sahəsində geniş təcrübəsi olan namizədlər PAŞA Bankın Brend kommunikasiyaları şöbəsində açılmış Marketinq üzrə kiçik mütəxəssis vakansiyasına müraciət edə bilərlər.
Vəzifənin məqsədi:
Marketinq üzrə kiçik mütəxəssis PAŞA Bankın Rəqəmsal Laboratoriyasında yaradılan məhsul və xidmətlərin marketinq kommunikasiyasının həyata keçirilməsini dəstəkləməyə məsuldur.
Vəzifə Öhdəlikləri
Yerli bazar araşdırmaları və təhlillərinin aparılmasına dəstəyin göstərilməsi;
Brendinq, marketinq və kommunikasiya strategiyasının və aidiyyəti məzmunların hazırlanmasının dəstəklənməsi;
Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsinin dəstəklənməsi;
Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt məzmununun, reklam və marketinq planlarına uyğun digər əlaqəli məzmunların hazırlanması;
Rəqəmsal laboratoriya üçün marketinq tədbirlərinin idarə edilməsinin dəstəklənməsi;
Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; Rəhbərlik üçün detallı hesabatların hazırlanması və şifahi təqdimatların edilməsinin dəstəklənməsi;
Sosial media kampaniyalarının hazırlanmasının və sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılmasının dəstəklənməsi;
PAŞA Bank adından xarici auditoriyaya açıqlanan müvafiq məzmunların redaktə edilməsinin dəstəklənməsi.
Tələb edilən bilik, bacarıq və təcrübə
Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, Rəqəmsal marketinq və ya əlaqədar sahədə bakalavr dərəcəsi
İş təcrübəsi: Müvafiq sahədə ən az 2-3 il iş təcrübəsi
Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
Kompüter bilikləri: MS Office proqramları
Digər:
o Yüksək biznes etikası, dürüstlük və sadiqlik
o Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı
o Ünsiyyət qurma bacarığı, sənəd tərtib etmə bacarığı, məzmunları hazırlamaq bacarığı
o Güclü təşkilati, planlaşdırma və nəzarət etmə bacarığı
o Gərgin iş mühitində işləmək bacarığı, stressin idarə edilməsi bacarığı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Vakansiya üzrə son müraciət tarixi 30 sentyabr 2019-dur.