Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis
Vəzifənin məqsədi
Bankın kredit risk fəaliyyətinə təsir edən əsas risk indikatorlarının kəmiyyət və keyfiyyət baxımından ətraflı analizinə cavabdehlik.
Vəzifə öhdəlikləri
• Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi
• Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi
• Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi
• Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi
• Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.
Paşa Bank işçi axtarır - VAKANSİYA
20:03
23 İyul 2019