“PAŞA Bank Gürcüstan” 2017-ci ili 3 milyon 523 min lari (2,4 milyon manat) xalis mənfəət ilə başa vurub. FED.az xəbər verir ki, bankın hesabatına əsasən, faiz gəlirləri 11 milyon 765 min lari, qeyri-faiz gəlirləri 2 milyon 77 min lari olub. təşkil edib. Xatırladaq 1 lari-0.6887 manatdır. 2016-cı ildə isə faiz gəlirləri 12 milyon 785 min lari, qeyri-faiz gəlirləri 1 milyon 578 min, xalis mənfəəti 5 milyon 103 min lari (3,5 milyon manat) təşkil edib. Yəni, 2017-ci ildə 2016-cı illə müqayisədə faiz gəlirləri və xalis mənfəəti azalıb.
31 Dekabr 2017-il tarixində “PAŞA Bank Gürcüstan” 272 milyon 804 min lari cəmi aktivlərə, 165 milyon 997 min lari cəmi öhdəliklərə və 106 milyon 807 min lari cəmi kapitala malik olub.
PAŞA Bankın Gürcüstanda verdiyi kreditlər isə artaraq 111 milyon 679 min lariyə yüksəlib.