"PAŞA Bank"ın Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2018-ci ili 2,574 milyon lari (1,647 milyon manat) mənfəətlə başa vurub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 35,8% azdır.
İl ərzində "PAŞA Bank Gürcüstan"ın gəlirləri 24,335 milyon lari (15,574 milyon manat), o cümlədən faiz gəlirləri 20,744 milyon lari (13,276 milyon manat), qeyri-faiz gəlirləri 3,591 milyon lari (2,298 milyon manat), xərcləri 12,654 milyon manat, o cümlədən faiz xərcləri 4,924 milyon lari (3,151 milyon manat), qeyri-faiz xərcləri 14,848 milyon lari (9,503 milyon manat), xüsusi ehtiyatlara ayırmaları isə 1,988 milyon lari (1,272 milyon manat) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 325,935 milyon lari (208,598 milyon manat) olub ki, bu da illik müqayisədə 19,8% çoxdur. Bunun 186,594 milyon larisi (119,42 milyon manatı) müştərilərə verilmiş kreditlərdir. 2018-ci ildə Bankın kredit portfeli 70,7% böyüyüb.
Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 218,148 milyon lari (139,615 milyon manat) təşkil edib ki, bu da illik müqayisədə 30,8% çoxdur. Bunun 103,572 milyon larisi (66,286 milyon manatı) müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 78,9% böyüyüb.
Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 2,45% artaraq 107,787 milyon lariyə (68,984 milyon manata) çatıb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (65,92 milyon manat) qalıb.
1 lari = 0,64 manat
"PAŞA Bank Gürcüstan"ın mənfəəti 36% azalıb
10:08
26 Yan 2019