“Paşa Bank” ASC-nin Gürcüstan törəməsinin Baş direktoru vəzifəsinə yeni təyinat olub.
Eləcə də bax: ARNDF-dən “Bank VTB (Azərbaycan)”a transfer – Təyinat
FED.az xəbər verir ki, bu vəzifəyə Gürcüstan və Azərbaycanın bank sektorunda uzun illər fəaliyyət göstərən Nikoloz Şurqaya təyinat alıb.
O, 2015-2016-cı illərdə “Paşa Bank”ın Müşahidə Şurasında da təmsil olunub.
N.Şurqaya təyinatdan öncə Azərbaycanda “Yelo Bank”a rəhbərlik edib.
2020-ci ilin dekabrın 30-na olan məlumata əsasən, “Paşa Bank Gürcüstan”ın aktivləri 470 milyon lari təşkil edir. Bank ötən ili 23,2 milyon lari həcmində zərərlə başa vurub. (Report)