Azərbaycanın aparıcı banklarından olan «PAŞA Bank» dünyadakı əsas reytinq agentliklərindən biri - «Fitch» Reyting agentliyi ilə əməkdaşlıqlarının dayanmasını şərh edib.
Bankdan FED.az-a verilən məlumatda qeyd olunur ki, bank və agentlik arasında müvafiq şərtlərdə ümumi məxrəcə gəlmək mümkün olmadığından hər iki tərəf qarışıqlı qaydada əməkdaşlığa xitam verməyi qərara alıb.
Xatırladaq ki, "Fitch Reyting" agentliyi kommersiya səbəblərindən PAŞA Bankla əməkdaşlığı dayandırdığı barədə ötən gün məlumat yayıb. Həmçinin agentliyin məlumatında "PAŞA
Bank" ASC-nin emitentin uzunmüddətli defolt reytinqini (IDR) "B+" olaraq müəyyən edildiyi qeyd olunub.
Bankın reytinq üzrə proqnozu ˝Sabit˝ olaraq müəyyənləşdirilib deyə Fitchin məlumatında qeyd olunur.
“PAŞA Bank” “Fitch Rayting” ilə əməkdaşlığın dayanmasını - ŞƏRH EDİB
10:51
30 May 2019