"PAŞA Bank" ASC müştərilərinə xəbərdarlıq edib.
FED.az bankın yaydığı məlumata istinadən xəbər verir ki, xəbərdarlıq son vaxtlar ABŞ, Latın Amerikası, Karib, Asiya və Sakit okean regionlarında saxta plastik kartlarla dələduzluq hallarının sayının artması ilə əlaqədardır. "PAŞA Bank" həmin regionlarda kartlar vasitəsi ilə nağdsız/nağd vəsaitlərin çıxarılması üzrə əməliyyatlara blok qoyulmasını qərara alıb.