"PAŞA Bank"ın Biznes Mərkəzləri bayramlarla əlaqədar 14 iyun 2018-ci il tarixində saat 16:00-dək xidmət göstərəcək. FED.az xəbər verir ki, 15-19 iyun 2018-ci il tarixləri isə qeyri-iş günləri hesab olunduğundan həmin tarixlərdə Bankın Biznes Mərkəzləri tərəfindən xidmət göstərilməyəcək.
PAŞA Bank Əlaqə Mərkəzi hər zaman olduğu kimi 7 gün 24 saat ərzində müştərilər üçün fəaliyyət göstərəcək və bu qayda bayram günlərinə də şamil ediləcək.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlərin icrasını həyata keçirir. Bu səbəbdən müştərilərimizlə daimi əlaqədə olmaq və onların göstərdiyimiz xidmət haqqında fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
"PAŞA Bank" bayramlarla bağlı iş qrafikini açıqladı
11:47
14 İyun 2018